Ermənilər Qazaxda mülki vətəndazı güllələyiblər

img

28-07-2011 [12:56]


Ermənistan ordusu azərbaycanlı mülki şəxsi güllələyiblər. Snayper atəşi ilə yaralanan mülki şəxs Qazax rayonunun Ermənistanla sərhəddində yerləşən Məzəm kəndi ərazisində ailəsi ilə istirahət edən 1988-ci il təvəllüdlü Rahibə Firudin qızı Poladovadır. Hadisə 27 iyul saat 16:00 radələrində Coğaz çayı üzərində yerləşən su anbarının kənarında baş verib. Yaralı kənd sakinləri və hərbçilərin köməyilə Qazax rayon Mərkəzi Xəstəxanasına gətirilib. R.Poladovanı xəstəxanaya gətirən Məmməd Əliyev adlı sakinin sözlərinə görə, qadın çox qan itirib. Qazax Rayon Mərkəzi Xəstəxanasında həkimlər yaralının vəziyyəti haqqında heç bir məlumat verməyiblər. Yalnız növbətçi həkim Gülər Vəkilova xəstənin vəziyyətinin ağır olduğunu bildirib. ?Xəstə ağır vəziyyətdə daxil olub. Sağ yuxarı bazu nahiyyəsindən güllə yarası alıb. Xəstə cərrahi əməliyyat olunub. Hazırda onun vəziyyəti ağır olaraq qalır, növbəti tədbirlərə ehtiyac var?(anspress). Qeyd edək ki, xəsarət alan qadın 1 uşaq anasıdır və Qazax rayon Bağanes Ayrım kəndindən müvəqqəti köçkündür. O, hazırda Qazax rayonunda məskunlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA