Allahzükür Pazazadə Norveçdəki terror aktı ilə bağlı bəyanat verdi

img

27-07-2011 [01:39]


Bütün Qafqazin şeyxi Hacı Allahşükür Paşazadə Andres Breyvikin Norveçin paytaxtı Osloda törətdiyi terror aktı ilə bağlı bəyanat verib. Bütün Qafqazın şeyxi dünya xristianlarını belə qanlı əməllərdən çəkinməyə, dini və milli zəmində ayri-seçkiliyə yol verməməyə çağırıb. Hacı Allahşükür Paşazadə xristian terrorçunun öz əməlindən peşman olmamasını olduqca təhlükəli əlamət hesab edərək bildirib ki, xristianların radikal nümayəndələri belə addım atmaqla əslində müqəddəs dəyərlərin daşıyıcısı olan dini gözdən salırlar. Bütün Qafqazın şeyxi radikal xristianların, daha doğrusu onların keşişinin bir müddət əvvəl Quranın nüsxəsinə od vurmaq cəhdini də xatırladıb. Şeyx radikal xristiandların törətdiyi bu kimi hərəkətləri müsəlmanların müqəddəs kitabı olan "Quran-i Kərim"lə yanaşı, xristianların İncil kitabında da pisləndiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA