Nazirlikdən hava ilə bağlı xəbərdarlıq

img

27-07-2011 [01:07]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti növbəti dəfə vətəndaşlara xəbərdarlıq edib. "İyul ayının sonunadək ölkə ərazisində anomal isti hava şəraitinin davam edəcəyi, temperaturun Bakıda və Abşeron yarımadasında 38-40 dərəcə, aran rayonlarında və Naxçıvan MR-da 38-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlıq rayonlarda 31-36 dərəcə isti təşkil edəcək"-deyə xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, vətəndaşlar, xüsusən də uşaq, yaşlı və xəstə insanlara günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA