Səbail rayon icra Hakimiyyəti yeniyetmələri Qubaya istirahətə göndərir

img

26-07-2011 [05:36]


Səbail rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində cari ildə bir sıra tədbirlər hazırlanıb. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimovun MİA-ya verdiyi məlumata görə, məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və ?Çağ? Öyrətim Şirkətinin birgə layihəsi əsasında avqust ayında təşkil olunan rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin ?SOS-Azərbaycan? uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq ənənəvi olan və 6-cı dəfə keçirilən ?Şahinlər? yay istirahət düşərgəsinə yola salınma mərasimi avqustun 1-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA