"Azərsu" vətəndazlara müraciət etdi

img

26-07-2011 [05:05]


Özlərini ?Azərsu? ASC-nin əməkdaşı kimi təqdim edən fırıldaqçılar mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinə görə nağd pul tələb edirlər. ?Azərsu? ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vaxtilə ?Azərsu? ASC-də işləmiş və sonradan işdən çıxarılmış bəzi şəxslər də bu üsulla vətəndaşları aldadırlar. Onlar buna görə istehlakçılara saxta qəbzlər təqdim etməkdən belə çəkinmirlər. Nəticədə vətəndaşların fırıldaqçılara ödədiyi pul onların hesabına oturmur və gələcəkdə ?Azərsu? ASC ilə abunəçilər arasında mübahisələrə səbəb ola bilər. Bu cür xoşagəlməz halların baş verməməsi üçün ?Azərsu? ASC abunəçilərin nəzərinə çatdırır ki, heç bir halda nəzarətçilərə nağd pul ödəməsinlər, nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmasınlar və onların müraciətlərini cavablandırmasınlar. Nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və digər qanunazidd hərəkətlərə yol verdikdə dərhal yerli Sukanal Sahələrini məlumatlandırsınlar. Bunlarla yanaşı, Bakının ayrı-ayrı rayonlarında yaşayan abunəçilər su sayğaclarının quraşdırılması müqabilində onlardan 30-40 manat pul istənilməsindən şikayət edirlər. ?Azərsu? ASC abunəçilərin nəzərinə çatdırır ki, əhali istehlakçı qrupu üzrə texniki şərtin verilməsi və sayğacların quraşdırılması pulsuzdur. Abunəçilərdən xahiş olunur ki, heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməsinlər, ödənişləri poçt və bank şöbələrində aparsınlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA