25-07-2011 [05:13]
Bu gün Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin təşkilatçılığı ilə ?Ordu və media əlaqələri: Reallıqlar və perspektivlər? adlı dəyirmi masa keçirildi. Dəyirim masada qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri e.o. general-mayor Dadaş Rzayev, Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə, hərbi ekspertlər, media nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli son günlərdə mətbuatda Azərbaycan Ordusu haqqında yayılan qərəzli fikirlərin heç bir fakta əsaslanmadığını bildirdi: ?Azərbaycan dövlətinin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində ölkəmizin büdcəsi, xüsusilə də hərbi büdcə sürətlə artıb. Bu, Ordumuzunun hərbi qüdrətinin göctəricisidir. Artıq bütün dünya başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan hərbçisini gücündən asılıdır. Biz torpaqlarımızı hansı yolla olursa olsun geri qaytarmaq iqtidarındayıq. Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz ordumuzun güclənməsini istəyirik. Sevinidirici haldır ki, bugün Azərbaycan güclü orduya malikdir və biz bu yaxınlarda keçirilən hərbi parad zamanı bunun bir daha şahidi olduq?.
Vətənpərvərliyin təbliği istiqamətində medianın xüsusi rola malik olduğunu deyən E.Həsənli ordumuzun gücünün təbliği əvəzinə böhtan xarakterli yazıların cəmiyyətə təqdim olunmasını təəssüflə qeyd etdi: ?Azərbaycanı istəməyən qüvvələr Ordumuzun, ölkəmizin zəif olmasını göstərmək istəyirlər.
Son günlər bəzi media orqanlarının bu mövzu ilə daha da aqressivlik nümayiş etdirməsi belə deməyə əsas verir.
Azərbaycan Ordusunun imicinə xələl gətirəcək yazılar yazan hər kəs unutmamalıdır ki, atəşkəsi hər gün pozan düşməni yalnız və yalnız güclü ordu susdurmağa qadirdir. Bu kimi yazılar isə orduda ruh düşkünlüyü yarada bilər.
Dünyanın ən güclü ordusunda belə nöqsan ola bilər. Bu, qaşılmazdır, çünki ordu cəmiyyətin bir hissəsidir?.
Torpaqlarının 20 faizi işğaı altında olan bir ölkənin mətbuatının da bu kimi mövzulara həssas yanaşmasının vacibliyin vurğulayan E.Həsənli kimlərinsə mənafeyinə xidmət edərək ordu, ölkə haqqında yanlış iddialar səsləndirməyin düzgün olamdığını dedi: ?Orduda millətçilik məsələsini qabartmaq, maddi problemlərin olduğunu iddia etmək vətəndaşlığa ziddir. Bu gün Azərbaycan iqtisadiyyatı hərbi hissələri, hərbi məktəbləri təmir etdirməyə, tibb məntəqələri, kazarmalar, zabitlər üçün mənzillər tikməyə bəs edəcək qədər güclüdür. Ona görə də ordudan yazan media nümayəndələrinə müraciət edərək deyirəm ki, bu mövzuda həssas olsunlar. Çünki ordu hamımızı qoruyur. Ordu haqqında hər hansı fikir səsləndirərkən daha diqqətli olmaq lazımdır. Məlumatı dəqiqləşdirmədən bu cür iddialar ortaya atmaq düzgün deyil. Biz bir vətəndaş kimi dövlətin sirrlərini, hərbi sirrləri saxlamalıyıq?.
Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri e.o. general-mayor Dadaş Rzayev çıxışında son dövrlərdə mediada işıqlandırılan milli azlıqların orduda fərqləndirilməsi məsələsinə toxundu: ?Azərbaycan ordusunun etnik azlıqların əlində olması fikrini oxuyarkən insan məyus olur. Bu kimi yazıların cəmiyyətə təqdim olunması ordumuzu gözdən salmağa yönəlib. Bu kimim yazılar hərbi nizamnaməyə, qanunvericiliyə ziddir. Bu həm də dövlət əleyhinə təbliğat kimi qiymətləndirilə bilər. Müdafiə Sənayesi Nazirliyini istehsal etdiyi məhsulların keyfiyyətsiz olduğunu iddia edən media nümayəndələri kim olduqlarını, hansı ölkədə yaşadıqlarını da unudublar. Axı, bütün bunları düşmən də oxuyur?.
D.Rzayev Azərbaycanın qüdrətli dövlətə çevrildiyi, Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın olduğu bir vaxtda Ordumuz haqqında qərəzli fikirlər səsləndirməyin hərbçilərin narazılığına səsəb olduğunu dedi: ?Atılan hər bir böhtan Azərbaycan zabitinin şərəfini ləkələyir. Əgər hər hansı etnik azlığın nümayəndəsi xidmətində nümunəvidirsə o niyə də irəli çəkilməsin? Bacarıq hər zaman qiymətləndirilməlidir?.
Əsgər Anaları Şurasının sədri Leyla Gərayzadə yayılan informasilyaların heç bir fakta əsaalnamadığını, bütün bunların insana, vətəndaşa, jurnalist etkasına yaraşmayan hərəkətlər olduğuni qeyd etdi: ?Azərbaycanın bütün sahələrdə, xüsusilə ordu quruculuğu istiqamətində qazandığı uğurları, sürətli və davamlı inkişafı hər kəs görür.
Keçirilən hərbi parad Azərbaycan Ordusunun qüdrətini, onun nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. Biz tez-tez hərbi hissələrdə oluruq və bu inkişafın şəxsən şahidi oluruq. Böhtanı özünə silah seçənlər kim olduqlarını fikirləşməlidirlər?.
Tədbirdə çıxış edən Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədr müavini, e.o. general-mayor, Məmmədhüseyn Sarıyev, e.o. polkovnik Həsən Əmirov, ?Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti?nin sədri Növrəstə Yusifova, Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun sədri Sərraf Oruc və başqaları mövzu ətrafında fikirlərini səsləndirdilər.
Tədbirdə Ordu və Media münasibətlərinin müasir vəziyyətinə dair, eyni zamanda hərbi sahədə aparılan dövlət siyasətinin və Silahlı Qüvvələrin təbliği, orduya vətəndaş münasibətinin formalaşdırılmasında medianın rolunun reallıqları və perspektivdə olan məsələlər haqqında məsələlər müzakirə olundu.
Sonda tədbir iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə və KİV nümayəndələrinə müraciət ünvanlandı.