Orduda baz verənlərin dövlət orqanları tərəfindən arazdırılmalıdır

img

25-07-2011 [02:55]


Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası (ATMİA) son vaxtlar mətbuatda orduda baş verən neqativ hallarla bağlı dərc olunan yazılara dövlət orqanlarının münasibət bildirməsi üçün bəyanat yayıb. ATMİA-dan verilən açıqlamaya görə, bu faktlar müvafiq dövlət orqanları tərəfindən araşdırılmalı və ictimaiyyətə məlumat verilməlidir. Bəyanatı sizə təqdim edirik. Son günlər kütləvi və elektron informasiya vasitələrinin ordumuzda gedən proseslərə həsr etdiyi materiallar böyük ictimai maraq doğurmuşdur. ?Bizim Yol? qəzetinin 13.07.2011-ci il tarixdə dərc etdiyi ?Ordu zabitləri korrupsiya faktı açıqladı? adlı məqalə, ?Yeni Müsavat? qəzetinin 15.07.2011-ci il tarixdə dərc etdiyi ?Ordumuz etniklərin əlindədir? adlı məqalə, ?Milaz? informasiya agentliyinin 18.07.2011-ci il tarixdə yaydığı ?Orduda namaz qadağası?? adlı informasiyası, ?Yeni Müsavat? qəzetinin 19.07.2011-ci il tarixdə dərc etdiyi ?Səfər Əbiyevə qarşı növbəti şok ittihamlar? adlı məqalə ətrafında ciddi ictimai müzakirələr səngimək bilmir. Təəssüf ki, müvafiq dövlət orqanları tərəfindən bu materiallara dair rəsmi münasibət bildirilmir, mətbuat orqanlarının yaydığı məlumatların doğruluğunun araşdırılıb araşdırılmaması barədə açıqlama verilmir. Bu materiallarla bağlı bu günədək yalnız Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri münasibət bildiriblər ki, bu da nazirliyin rəsmi münasibəti yox, həmin vəzifəli şəxslərin subyektiv fikirləri və ya onların öz səlahiyyətləri çərçivəsində apardıqları araşdırmaların nəticələri kimi başa düşülür. Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası hesab edir ki, yuxarıda göstərilən mətbuat materiallarında sadalanan çoxsaylı məlumatlar (faktlar) müvafiq dövlət orqanları ? Respublika Baş Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Dini İşlər üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) tərəfindən araşdırılmalı və araşdırmaların nəticələri barədə ictimaiyyətə rəsmi məlumat verilməlidir. Hörmətlə, Yaşar CƏFƏRLİ, e.o. polkovnik-leytenant, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının prezidenti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA