Nazir Ramil Usubov deputatın qardazını izdən qovdu

img

23-07-2011 [06:07]


Üç gün əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun Saatlı Rayon Polis Şöbəsinin rəisi Ağəli Xəlilov işdən çıxarmasının səbəbi sözügdən şöbədə aparılan kompleks yoxlamalar zamanı üzə çıxan çox ciddi qanun pozuntuları olub. Xəbəri Müstəqil İnformasiya Agentliiynə Saatlı Raoyn Polis Şöbəsindən adının çəkilməsini istəməyən əməkdaşlardan biri deyib. Onun sözlərinə görə, nazir Ramil Usubovun əmri ilə Saatlı Polis Şöbəsində xeyli müddət yoxlama aparılıb və çoxsaylı qanun pozuntuları aşkarlanıb: ?Nazirliyin yoxlaması bitər-bitməz isə belə bir əmr verildi?. Xatırladaq ki, Ağəli Xəlilov Sabirabadın deputatı Rüstəm Xəlilovun qardaşıdır. O, Saatlının keçmiş icra başçısı Gülhüsyen Əhmədovun dövründən rayon polis şöbəsinə rəhbərlik edib. Son olaraq onu da qeyd edək ki, nazir Ramil Usubovun digər əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi Cəbrayıl Vəliyev Saatlı rayonuna polis rəisi təyin edilib. A.Xəlilovun sərəncamda olduğu bildirilsə də, ona yenidən rəislik təklif olunacağı da inandırıcı görünmür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA