79 saylı imizli Dairə Seçki Komissiyasında qalmaqal

img

23-07-2011 [05:44]


Dünən tərkibi yenidən formalaşdırılan 79 saylı İmişli Seçki Dairəsininin iclasında böyük qalmaqal yaşanıb. Komissiyasının ən yaşlı üzvü olduğundan iclası aparmalı olan BAXCP rayon təşkilatının sədri Davud Zülfüqarov rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayevlə YAP rayon təşkilatının sədri Səfa Ağayevin qanunsuz təzyiqlərinə etiraz əlaməti olaraq iclası boykot edib və iclas zalını tərk edib. Bu barədə Müstəqil İnformasiya Agentliiyinə İmişli Rayonundan məlumat daxil olub. Məlumata görə, Davud Zülfüqarovun etiraz əlaməti olaraq iclas zalını tərk etməsi, rayon rəhbərliiynin israrla Böyük Quruluş Partiyasının DSK-ya nümayəndə seçilməsi ilə bağlı olub. Belə ki, BAXCP nümayəndəsindən BQP nümayəndəsinin namizədliyini irəli sürməyi tələb ediblər. Zülfüqarov da buna etiraz edərək, seçkinin demokratik keçirilməsini tələb edib. Ancaq təzyiqlərin ciddi xarakter alması onun son anda iclas zalını tərk etməsinə səbəb olub. Xəbərə görə, BQP nümayəndəsi istisna olmaqla, 79 saylı DSK-nın ötən tərkibi yenidən təsdiqlənib ki, bu tərkibdə ötən bələdiyyə seçkilərində MSK-nın qanunsuz seçki keçirməkdə ittiham etdiyi şəxslərdən ibarətdir: ?Həmin tərkib bələdiyyə seçkilərini saxtalaşdırmışdı. Xatırlayırsınızsa, bu üzdən MSK məsələyə müdaxilə etdi. Hətta Məzahir Pənahov saxtakarlığı təsdiqləyən açıqlama verməklə yanaşı, xeyli məntəqənin nəticələrini ləğv etdi. İşə prokurorluq da müdaxilə etdi. Elə bu səbəbdən də komissiya üzvlərinin yenidən eyni adamlar olması məqbul sayıla bilməz. Bu azmış kimi, DSK-ya sədr də eyni adam ?təyin? olundu?. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyevin yaxın qohumu Sabit Yaqubov sözügedən DSK-ya yenidən sədr seçilib. Hansı ki, cənab Şıxəliyevlə Məzahir Pənahovun qardaşının tələbə yoldaşı olduğu da verilən xəbərlər arasındadır. Məsələ ilə bağlı DSK-dan əlavə məlumat öyrənə bilmədik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA