Azərbaycanda yüksək keyfiyyətli buğdanın qəbulu elan edilib

img

23-07-2011 [04:33]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükü barədə elan verib. Elanda bildirilib ki, "Dəvəçi-Dəyirman MMC", Karat-Holdinq, FATOĞLU, N.Quliyev adına Bakı-Taxıl, "Araz ASC" "Aveta", "EL" KM, "Bəxtiyar" İstehsalat-ticarət və "Neon" firması müəssisələri vasitəsilə cari ilin iyulun 1-dən sentyabrın 1-nə kimi yerli buğda istehsalçılarından Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları"nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək. Bu tələblərə cavab verməyən buğda alınmayacaq. Taxıl Fondu buğdanı bir tonu 230 manatdan alacaq. İyulun 23-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA