Həkimlərin imtahan nəticələri açıqlandı

img

23-07-2011 [11:46]


Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri açıqlanıb. Nazirliyin rəsmi internet saytında yer alan məlumata görə, iyulun 20-də kardiologiya, revmatologiya və nevropatologiya ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 126 həkim iştirak edib. İştirakçılardan 5 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərib. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 121 (96%) nəfər uğurlu nəticələr əldə edib. Növbəti test imtahanları ixtisasları üzrə 27.07.2011-ci il tarixində mamalıq-ginekologiya ixtisası üzrə keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA