Bu gün sonuncu qəbul imtahanıdır

img

22-07-2011 [12:22]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan Respublikanın 4 şəhərində - Bakıda 35, Naxçıvanda 2, Gəncədə 6, Şəkidə 4 binada keçirilir. 2011-ci ildə II qrup üzrə 26397 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 23524 nəfəri Azərbaycan bölməsinin, 2873 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 17109 nəfərini oğlanlar, 9288 nəfərini isə qızlar təşkil edir. 16651 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 8882 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 119 abituriyent xarici ölkələrin vətəndaşıdır. 98 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 766 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1958 -ci ildən, ən gənc isə 1996-cı ildəndir. Bakı şəhərində 20138 abituriyent, Naxçıvanda 1062 abituriyent, Gəncədə 3464, Şəkidə isə 1728 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda ? saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq. II ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə öyrənə biləcəklər. İxtisas seçimi elan olunduğu vaxtdan 2 gün öncə - iyulun 22-də saat 14:00-dan etibarən başlanacaq və internet vasitəsilə avqustun 2-si saat 11:00-dək aparılacaq. II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər həmin qrup üzrə imtahanın nəticələri elan olunduqdan sonra ? iyulun 24-dən etibarən ixtisas seçimi edə biləcəklər. IV ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçmiş abituriyentlər qabiliyyət imtahanlarının nəticələri elan olunduqdan sonra - iyulun 28-dən etibarən ixtisas seçimi edəcəklər. Açıq apelyasiya ilə bağlı müraciət edən abituriyentlərin qeydiyyatı iyulun 26-da və 27-də TQDK-da aparılacaq. Həmin abituriyentlərin cavab kartlarının qrafik təsvirləri iyulun 27-də saat 14:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilməyə başlanacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA