Binəqədidə cari ilin I yarısının yekunlarına həsr olunmuz iclas keçirilib

img

21-07-2011 [05:06]


Binəqədidə cari ilin I yarısının yekunlarına həsr olunmuş iclas keçirilib. Bu barədə Mia.az saytına Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Natiq Əliyev məlumat verib. Onun bildirdiyinə görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrlə bağlı və rayonun sosial-iqtisadi inkişafının 2011-ci ilin I yarısının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş geniş iclası keçirilib. Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərlərinin, eləcə də ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə keçirilən iclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev 2011-ci ilin I yarımilliyində ölkənin sosial-iqtisadi inkişafında əldə edilmiş uğurlardan danışaraq, iyulun 12-də Nazirlər Kabinetinin məlum iclasında dövlət başçısı cənab İlham Əliyevin proqram xarakterli nitqinə istinad edərək, keçən dövr ərzində ölkə üzrə əldə olunan nailiyyətləri qeyd etdi və bu nailiyyətlərin əldə olunmasında Binəqədi rayonunun da iştirakını diqqətə çatdırdı. Rayon İcra Hakimiyyəti başçısının I müavini Fizuli Aslanov 2011-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxış edən digər natiqlər ? Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rəşad Yusifov və ?El? kompaniyasının sədri Tofiq Əliyev hesabat dövründə ölkə üzrə əldə olunmuş uğurları, Prezident İlham Əliyevin respublikamızın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti yüksək qiymətləndiriblər. Sonda Azərbaycan Milli Mətbuatının yaradılmasının 136-cı ildönümü münasibətilə və rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatını müntəzəm olaraq KİV səhifələrində işıqlandırdığına görə bir qrup jurnalistə Rayon İcra Hakimiyyəti başçısının qiymətli hədiyyələri təqdim edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA