Milli Ordunun əsgəri hərbçi yoldazını güllələyərək qaçıb

img

21-07-2011 [12:51]


Milli Ordunun Beyləqanda yerləşən ?N? saylı hərbi hissəsində silahlı insident baş verib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayevin verdiyi məlumata görə, hərbi hissənin əsgəri Arif Şakir oğlu Cəfərov təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki silahdan atəş açıb. Hadisə nəticəsində onun əsgər yoldaşı Hikmət Eldar oğlu Yusifov güllə yarası alıb. Nəticədə o hadisə yerində həlak olub. Bundan sonra hadisəni törədən əsgər qaçıb gizlənib. Qeyd edək ki, hazırda Arif Cəfərovun tapılması üçün tədbirlər görülür. Hadisəni törədən 1993-cü il təvəllüdlü A.Cəfərov Gədəbəy rayon Hərbi Prokurorluğundan hərbi xidmətə çağırılıb(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA