461 nəfərin adı magistraturaya qəbul olunanların siyahısından çıxarıldı

img

21-07-2011 [12:49]


Ali məktəblərin magistraturasına qəbul olunan 4396 nəfərdən yalnız 3935-i bu arzusunu gerçəkləşdirə biləcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə 461 nəfərin adı ali məktəblərin magistraturasına qəbul olunanların siyahısından çıxarılıb: ?Qaydalara əsasən, magistraturaya qəbul olunan şəxslər iyulun 18-i saat 17.00-a kimi daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməli idilər. Əks halda bu, onların daxil olduqları ixtisasdan imtinası kimi qəbul ediləcəkdi. Magistratura pilləsinə daxil olanlardan yalnız 89,51 faizi daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçib". TQDK-a rəsmisi həmin şəxslərin yerlərinin boş qalmış hesab edildiyini bildirib. O, avqustun əvvəllərində magistraturaya vakant yerlərlə bərabər həmin yerlərə qəbul elan ediləcəyini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA