Müdafiə Nazirliyi Bakıda ABŞ-la seminara bazladı

img

20-07-2011 [01:10]


Bu gündən etibarən Bakı şəhərində Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin mütəxəssisləri tərəfindən ?Müdafiə Nazirliyi və Parlament Əlaqələri? mövzusunda seminar öz işinə başlayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında Hərbi Əməkdaşlıq üzrə iş planı?na uyğun olaraq keçirilən seminar iki gün müddətində davam edəcək. Seminarda hərbi-mülki əlaqələr, Silahlı Qüvvələrə demokratik nəzarət, hərbin rolu, hərbi peşəkarlığın özəlliyi, hərb üzrə parlament nəzarəti və digər mövzularda müzakirələr aparılacaq. Tədbirdə Müdafiə Nazirliyi ilə yanaşı Prezident Aparatı, Milli Məclis, güc strukturları və mülki nazirliklərin nümayəndələri də iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA