Jurnalistlərə 18 mərtəbəli, 2 bloklu, 154 mənzilli ev tikiləcək

img

20-07-2011 [01:06]


Jurnalistlər üçün nəzərdə tutulan binanın təməlqoyma mərasimi 22 iyula planlaşdırılsa da, hələlik təxirə salınıb. MİA-nın məlumatına görə, bu barədə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli məlumat verib. Onun sözlərinə görə, artıq binanın bünövrəsi qazılıb və tikintiyə başlamaq üçün hər şey hazırdır: "Sadəcə o bəzi texniki məsələlərin, xüsusilə də sənədləşmə işi tam həll olunmadığı üçün gecikmə var. Düşünürəm ki, təməlqoyma mərasimin avqust ayınd baş tutacaq". V.Səfərli onu da qeyd edib ki, tikiləcək bina 18 mərtəbəli, 2 bloklu, 154 mənzilli olacaq: "Bundan əlavə, binanın zirzəmisində 2 mərtəbəli qaraj olacaq. 1-ci mərtəbə isə qeyri yaşayış sahəsi kimi nəzərdə tutulub". Qeyd edək ki, İyulun 22-də Milli Mətbuat Günündə binanın təməlqoyma mərasiminin tikilməsi nəzərdə tutulmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA