Temperatur 40 dərəcəyə çatacaq

img

20-07-2011 [12:46]


Bakı və Abşeron yarımadasında iyulun 21-də hava az buludlu, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz 35-39 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək. İyulun 22-də isə hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-26, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında iyulun 21-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 14-18, gündüz 29-34 dərəcə isti olacaq. İyulun 22-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacaq. A. Verdiyev onu da qeyd edib ki, dünən gündüz saatlarında Bakı və Abşeron yarımadasında 33-36 dərəcə isti qeydə alınıb. Bu isə əvvəlki dövrlərlə müqayisədə o qədər də yüksək sayılmır: ?110 illik müşahidə məlumatlarına əsasən Bakı və Abşeron yarımadasında havanın dünənki temperaturu yay üçün isti olsa da, anomal hesab olunmur?. Baş hidroloqun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyulun 7-də də havanın temperaturu 36 dərəcə olub. O qeyd edib ki, Bakı və Abşeron yarımadasında isti hava şəraiti yaxın üç gündə davam edəcək. İyulun 23-də isə hərarət bir qədər düşəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA