Qarpızdan kütləvi zəhərlənmə baz verib

img

19-07-2011 [02:17]


Masallı rayonunda qarpızdan kütləvi zəhərlənmə halı baş verib. Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, hadisə iyulun 18-də qeydə alınıb. Masallı rayonunun Qəriblər kənd sakini Rövşən Məmmədovun evində qızı Gülşən, habelə qohumları - Lerik rayon sakinləri, Əliyar Fətullayev, Aysel Yoldaşova, Amil Məmmədov, onun qardaşları Nail və Aqil qidadan (qarpızdan) zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA