Həmsədrlər bəyanatla çıxız ediblər

img

19-07-2011 [12:53]


ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərlərinin yekunu olaraq bəyanatla çıxış ediblər. Vasitəçilərin bəyanatında deyilir: ?ATƏT-in Minsk Qrupunun həmsədrləri bu ilin 11-18 iyul tarixlərində Moskva, Vilnüs, Bakı və İrəvanda səfərdə olublar. ATƏT sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiklə birgə vasitəçilər iyulun 11-də Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün Minsk Qrupu çərçivəsindəki təmasları müzakirə ediblər. Vilnüsdə isə iyulun 13-də həmsədrlər xarici işlər naziri Audronius Ajubalisi 24 iyun Kazan görüşündən sonra həyata keçirilən addımlar və sülh prosesi barədə məlumat veriblər. Bakı və İrəvanda həmsədrlər müvafiq olaraq prezident İlham Əliyev və prezident Serj Sarkisyanla görüşüblər. Həmsədrlər dövlət başçıları ilə görüşdə baza prinsipləri üzrə razılığın əldə edilməsinin yekun həllinə dair danışıqlar üçün vacibliyini qeyd ediblər. Həmsədlər indi region xalqlarının davamlı sülh, təhlükəsizlik və barışığa qovuşması naminə siyasi iradə nümayiş etdirmək zamanın olduğunu vurğulayıblar. Prezidentlər çərçivə sənədi üçün təklif edilən formullara münasibətlərini açıqlayacaqları və sülhün əldə edilməsi üçün həmsədrlər və həmsədr dövlətlərlə əməkdaşlığa sadiqdirlər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA