IV qrup imtahanlarının nəticələri açıqlandı

img

18-07-2011 [06:12]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 16-da 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanın nəticələri TQDK-nın internet saytında yerləşdirilib. İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla ?İmtahancell? xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərməsi kifayətdir. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər. IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 14 619 abituriyentdən 689 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 29 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub. IV ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması ?Abituriyent? jurnalının xüsusi buraxılışında dərc olunub. İxtisas seçimi bütün qruplar üzrə iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə ?Abituriyent? jurnalının 3-cü sayında dərc olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA