29 abituriyent imtahandan xaric edilib

img

18-07-2011 [10:21]


Ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında qaydaları pozduğuna görə 29 abituriyent imtahandan xaric edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, IV qrup üzrə ərizə vermiş 14619 abituriyentdən 689 nəfəri imtahana gəlməyib. İmtahan respublikanın 4 şəhərində - Bakıda 21, Naxçıvanda 3, Gəncədə 3, Lənkəranda 2 binada aparılıb. İmtahanın idarə olunması üçün Komissiyada TQDK-da operativ qərargah fəaliyyət göstərib, imtahan prosesinin gedişi nəzarətdə saxlanıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA