Bu gün Bakıda 37 dərəcəyədək isti gözlənilir

img

17-07-2011 [02:49]


Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz əsasən keçəcəyi ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 34-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Hava şəraitinin qısa icmalı: Yaxın 2 gün ərzində Abşeron yarımadasında temperatur rejiminin iqlim norması daxilində tərəddüdü, şərq küləklərinin üstünlüyü gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA