Prezident Ramiz Mehdiyevin oğluna rütbə verdi

img

15-07-2011 [07:58]


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Ramiz oğlu Mehdiyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi barədə sərəncam imzalayıb. Teymur Mehdiyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğludur. T.Mehdiyev bu il martın 16-da Azərbaycan Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini təyin olunub. T.Mehdiyev ondan öncə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA