Baz Dövlət Yol Polisi idarəsinin yeni Müayinə Mərkəzi istifadəyə verilib

img

15-07-2011 [05:13]


Maştağa qəsəbəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin yeni Müayinə Mərkəzinin istifadəyə verilməsinə həsr olunan mərasim keçirilib. DİN-in mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Rasmil Usubov da iştirak edib. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov daxili işlər naziri Ramil Usubova yeni Müayinə Mərkəzinin texniki göstəriciləri barədə məlumat verərək bildirib ki, 5 hektara yaxın ərazidə inşa edilən yeni Müayinə Mərkəzinin inşasına 2010-ci ilin iyul ayında başlanıb və bu ilin iyun ayında tikintisi başa çatdırılıb. Kompleksin ümumi sahəsi 6 min kvadratmetrə yaxındır. Mərkəzdə Almaniya istehsalı olan ən müasir standartlara cavab verən müayinə avadanlığı və sistemləri quraşdırılıb. Burada ümumilikdə 15 xətt, o cümlədən minik avtomobilləri üçün 12, yük avtomobilləri üçün isə 3 xətt fəaliyyət göstərir. Texniki baxış zonalarında bütün zəruri mühəndis kommunikasiya sistemləri, işıqlandırma, havalandırma, müşahidə kameraları quraşdırılıb. Qeyd olunub ki, nəqliyyat vasitələri duracaqlardan keçdikcə hər bir məntəqədən avtomobilin texniki vəziyyəti barədə göstəricilər mərkəzi kompüterə ötürülür. Həmin göstəricilər öz növbəsində əməliyyat zalındakı əsas serverdə emal olunur. Konveyer üsulu ilə işləyən Sistem vasitəsi ilə gün ərzində təqribən iki mindən çox avtomobilə texniki baxış keçirilməsi mümkündür. Daha sonra daxili işlər naziri Müayinə Mərkəzinin xidməti otaqlarına baxıb, əməkdaşların iş şəraiti ilə yaxından tanış olub. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi diqqət və qayğıdan danışaraq bildirib ki, təkcə bu ilin ötən dövründə daxili işlər orqanları üçün onlarla yeni obyektlər, inzibati binalar tikilib istismara verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA