?Vətəni tanı? Xızıda da keçirildi

img

15-07-2011 [02:50]


?Vətəni tanı? Ümumrespublika Kampaniyasının seçim turları çərçivəsində növbəti tədbir Xızı rayonunda baş tutub. Tədbirin açılış mərasimində çıxış edən Milli Şuranın Mətbuat katibi Orxan Əli bildirib ki, hazırda ölkəmizdə gənclər siyasəti çox uğurla həyata keçirilir. Gənclərimizin hərtərəfli inkişafı üçün istər paytaxtda, istərsə də regionlarda əlverişli şərait yaradılıb. Tədbirin əhəmiyyətindən danışan O. Əli Milli Şuranın bu istiqamətə bundan sonra da layihələr həyata keçirəcəyini qeyd edib. Rayon təhsil şöbəsinin müdiri Oqtay müəllim çıxışında Azərbaycanın torpaqlarının işğal altında olması bildirərək belə layihələrin keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirib. Milli Şuranın əməkdaşları Bəxtiyar Rəhimov, Vüsal Kazımov, Ülvi Məmmədli və Şahin Paşazadə gəncləri yarışmanın gedişi barədə məlumatlandırıb. Gənclərə seçim turunda uğurlar arzulayıb. 150 gəncin qatıldığı yarışmada iki nəfər respublika turuna vəsiqə qazanıb. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyası dəstək olur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA