?Siyasi partiyalar haqqında? qanundan xəbər çıxdı

img

14-07-2011 [01:59]


?Siyasi partiyalar haqqında? yeni qanun layihəsi parlamentin qarşıdan gələn payız sessiyasının müzakirəsinə çıxarıla bilər. Bu barədə bu gün parlamentdə Milli Məclisin yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransında vitse-spiker Bahar Muradova bildirib. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bununla bağlı bildirib ki, bu qanun layihəsi artıq hazırdır və rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib. S.Mirzəyev bildirib ki, sentyabr və ya oktyabr ayında bu qanun layihəsi ilə bağlı Venesiya Komissiyasının ekspertləri ilə Azərbaycan ekspertlərinin görüşü keçiriləcək. Bu görüşdən sonra ?Siyasi partiyalar haqqında? qanun layihəsi Prezidentə təqdim olunacaq. Bundan sonra sözügedən sənəd parlamentin müzakirəsinə çıxarılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA