Prezident nazirləri topladı, iclas keçirdi

img

12-07-2011 [05:43]


?2011-ci ilin birinci yarısında da ölkə qarşısında duran sosial-iqtisadi məsələlər həllini tapıb?. Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında deyib. O bildirib ki, bu dövrdə Ümumi Daxili Məhsul 0.9 faiz artıb, qeyri-neft sektorunda 7.2, kənd təsərrüfatında isə 6.2 faiz artım əldə olunub. İlin birinci yarısında büdcəyə edilən dəyişikliklərdən sonra tarixdə ilk dəfə olaraq Azərbaycan büdcəsi 20 milyard dollara çatıb, ölkənin strateji valyuta ehtiyatları 9 milyard dollar artaraq, 38 milyard dollara çatıb. Son 6 ayda 38 min yeni iş yeri açılıb. Dağlıq Qarabağ münaqişəsinə toxunan İlham Əliyev ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin dövlət başçılarının son bəyanatını ümidverici adlandırıb: ?Bu bəyanatda Helsinki Yekun Aktı əsas götürülüb, orada status-kvonun dəyişdirilməsi xüsusilə vurğulanır. Belə olan halda isə Azərbaycan torpaqları işğaldan azad olunmalıdır?. Dövlət başçısı bildirib ki, Minsk qrupunun həmsədrləri 2009-cu ildə hər iki tərəfə ?yenilənmiş Madrid prinsiplərini? təqdim edib: ?Rusiya prezidentinin təşəbbüsü ilə baş tutan Soçi görüşündə Azərbaycan birmənalı olaraq bu prinsipləri qəbul etdiyini bildirib. Ermənistan isə müxtəlif vasitələrlə bu prinsiplərin qəbulundan imtina edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA