Abel Məhərrəmov həbs etdirdiyi jurnalistə necə ?peredaça? göndərdiyini açıqlayıb

img

12-07-2011 [05:18]


BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu gün bir qrup KİV-nümayəndələri tərəfindən layiq görüldüyü ?Xüsusi Rəğbət? mükafatının təqdimetmə mərasimində özünün jurnalistlərlə olan münasibətlərinə dair maraqlı faktlara toxunub. Mərhum prezident Heydər Əliyev tərəfindən Azərbaycanda senzuranın ləğv edilməsindən sonra cəmiyyətdə KİV-lə münasibətlərində bir sıra problemlər yarandığını etiraf edən A.Məhərrəmov qeyd edib ki, o da o zamanlar KİV nümayəndələri ilə məhkəmə salonlarında üz-üzə gəlməli olub. ?Mən o zaman ola bilsin media ilə münasibətlərdə təcrübəsizliyimdən irəli gələrək məhkəməyə müraciət etməyə üstünlük verirdim. Bir məhkəmə prosesində jurnıaistə bir il həbs cəzası verildi. Mən sonradan bildim ki, onun xeyli əngəlləri, problemləri var imiş. Onu həbsxanadan çıxarmaq üçün xeyli əziyyət çəkdim. Hətta ?peredaça?da vaxtlı-vaxtında göndərirdim. Doğrusu ona həbs ediləcəyi mənim üçün də gözlənilməz oldu. Ondan sonra özümə dedim ki, bir də heç vaxt jurnalisti məhkəməyə verməyəcəyəm. Sadəcə olaraq özünün mövqeyini olan müstəvini müəyyənləşdirmək lazımdır. Bu ola bilsin ki, medi ilə əlaqələrimdə olan təcrübəsizlikdən irəli gəlirdi? ?deyə A. Məhərrəmov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA