Hacıqabulda da ?VƏTƏNi TANI? kampaniyası keçirilib

img

12-07-2011 [02:11]


?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası öz seçim turlarını bu dəfə Hacıqabul həyata keçirib. 150 Hacıqabullu gəncin iştirakı ilə keçirilən Kampaniyada gənclər Vətənimizin ərazilərini necə tanıdıqlarını nümayiş etdiriblər. İstər xəritədə, istərsə də elektron variantda gənclər aktiv olublar. Kampaniyanı həyata keçirən işçi qrupunun rəhbəri, Milli Şuranın üzvü Vüsal Kazımov və Bəxtiyar Rəhimov Hacıqabullu gəncləri seçim turunun qaydaları, məqsəd və vəzifələri barədə məlumatlandırıb. Seçim turu uğurla yekunlaşıb və qaliblər müəyyənləşdirilib. Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA