?2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkizafı üzrə Milli Strategiya? hazırlanacaq

img

11-07-2011 [08:17]


Bu gün Prezident İlham Əliyev ?2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya?nın hazırlanması haqqında sərəncam imzalayıb. MİA Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, ?2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya?nın hazırlanması ilə bağlı aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb. Komissiyaya aşağıdakı şəxslər daxildirlər: Dövlət Komissiyasının sədri Ramiz Mehdiyev-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Dövlət Komissiyasının üzvləri Elçin Əfəndiyev - Azərbaycan Respublikası Baş nazirinin müavini Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Məleykə Abbaszadə - Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri İsmayıl Sadıqov - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri Dövlət Komissiyası ?2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya?nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim edəcək. Sərəncamdan irəli gələn məsələləri həlli isə Nazirlər Kabinetinə tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA