11-07-2011 [03:05]
İyulun 11-də Azərbaycan Media Mərkəzində Avro-Atlantik Şuranın Təşkilat Komitəsinin brifinqi keçirilib. Brifinqdə yeni qurumun məqsəd və vəzifələri, başlıca fəaliyyət istiqamətləri barədə məlumat verilib. Azərbaycan ? Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbər bildirib ki, Azərbaycanın bir qrup siyasiləri, politoloqlar, ekspertlər, KİV nümayəndələri, QHT təmsilçiləri mövcuddur ki, onlar Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyasını dəstəkləyirlər, amma onlar parakəndə fəaliyyət göstərirlər. Onun sözlərinə görə, Avro-Atlantik Şuranın yaradılmasının iki başlıca səbəbi var:
1. Azərbaycan ətrafında və daxilində vəziyyətin gərginləşməsi, ölkədə insan haqları ilə bağlı vəziyyətin getdikcə ağırlaşması, ölkənin beynəlxalq inteqrasiyadan uzaq qalması, demokratik islahatların aparılmaması, ölkənin strateji sənədlərində əks olunmuş kursdan sapmalar;
2. Azərbaycanda Avro-Atlantik məkana inteqrasiya istiqamətində fəaliyyət göstərən təşkilatların, QHT və KİV-lərin fəaliyyətinin koordinasiya olunmaması.
?Azərbaycanın demokratikləşməsi və avroatlantik məkana inteqrasiyası proseslərinə ictimai dəstəyin təşkili məqsədilə bir qrup qeyri-hökumət təşkilatları, tanınmış politoloqlar, hərbi ekspertlər, sabiq siyasi partiya funksionerləri, jurnalistlər və digər ictimaiyyət nümayəndələri ?Avro-Atlantik Şura? təsis etməyə qərar veriblər? deyən S.Əkbər bildirib ki.
Bir sıra məsələlərə münasibət bildirən S.Əkbər deyib ki, Azərbaycanın mayın 25-də ?Qoşulmama Hərəkatına? üzv olması ölkənin milli maraqlarına uyğun deyil.
"Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyadan kənar olduqca onun imici korlanır, bu da onun problemlərinin artmasına da təsir göstərir. Biz ölkə daxili və xarici prosesləri təhlil edərək qərara aldıq ki, Azərbaycanın Avroatlantik inteqrasiyasını dəstəkləyən qüvvələr bir araya gəlsin və mövcud proseslərə ictimai dəstəyin formalaşdırılmasına dəstək verilsin. Biz hökumətin yürütdüyü mövcud qeyri-məqbul siyasətə müəyyən basqı göstərmək, daha çox Avro-Atlantik məkana inteqrasiya məcrasına yönəltmək hədəflərinə malikik?.
S.Əkbər bildirib ki, onun yaratdığı şuranın Azərbaycanın bölgələrində təşkilatlanması məsələləri də diqqət mərkəzində olacaq.
Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədov, Azərbaycan təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) prezidenti Yaşar Cəfərli NATO ilə əməkdaşlıq istiqamətində görülməsi vacib işlərdən danışıblar.
?Bizim üçün imkan və şərait yarandı ki, ortaya real iş qoyaq. Biz daha çox iş görməyə çalışacağıq. Bu işin formalarını fəaliyyət planımızda qeyd etməliyik?, - deyən Y.Cəfərli bildirib ki, Avro-Atlantik Şuranın təsis konfransının sentyabrın sonlarına, oktyabrın əvvəllərində keçirilməsi məqsədəmüvafiq olardı.
Daha sonra təşkilat komitəsinə daxil olan şəxslərin siyahısı açıqlanıb:
Avro-Atlantik Şura Təşkilat Komitəsinin üzvləri:
Sülhəddin Əkbər, Azərbaycan-Atlantika Əməkdaşlıq Assosiasiyası
Yaşar Cəfərli, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyası (ATMİA)
Elxan Şahinoğlu, ?Atlas? Araşdırmalar Mərkəzi
Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
Zəfər Quliyev, Politoloq
Hikmət Hacızadə, Politoloq
Azad İsazadə, Ekspert-psixoloq
İldırım Məmmədov, Hərbi Analitik Tədqiqatlar Mərkəzi
İbrahim İbrahimli, Politoloq
Kəramət Salayev, Azərbaycan ? Atlantik Əməkdaşlıq Assosiasiyasının Gənclər Təşkilatı
Cəsur Məımmədov, ?Doktrina? JHAM
Qalibə Budaqova, ?Azərbaycan Milli Qəhraman Ailələrinin Sosial Müdafiəsi? İB
Mehman Kərimov, ?Sivilizasiya və Maarifçilik? İB
Əlövsət Talışxanlı, Musavat Partiyası
Pərviz Hacıyev, İctimai Maraqları Araşdırma Mərkəzi
Miraib Seyidov, ?Ehtiyatda və İstefada olan Zabitlər? İB
İdrak Abbasov, Ekstremal Jurnalistika İnstitutu
Elçin Eldəniz, Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi
Bünyad Kazımov, Azərbaycan Yaradıcı Ziyalılar ictimai Birliyi
Vaqif Əmikişiyev, Sivilizasiya və Maarifçilik İB
Tərlan Eyvazov, ?Müdafiə və Təhlükəsizlik Sektoruna İctimai Nəzarət Mərkəzi? İB
Fəxrəddin Məmmədov, ekspert
Telman Əbilov, Hərbçilərin Hüquqlarını Müdafiə Mərkəzi
Fuad Həsənov, Politoloq
Anar Əhmədov, ?MilAz? informasiya agentliyi
Samir Güləliyev, Jurnalist
Daşdəmir Əliyev, ?Silahlı Qüvvələr Veteranları? İB
Oqtay Kərimov, ?Orduya Dəstək? ictimai birliyi
Xaqani Səfəroğlu, jurnalist
S.Əkbər bildirib ki, Təşkilat Komitəsinin əsas vəzifəsi qurumun təsis konfransına hazırlıq işlərini görməkdir. Qarşıdakı müddətdə NATO ölkələrinin Azərbaycandakı səfirlikləri, ölkədəki QHT-lər, KİV orqanları, rəsmi strukturlarla əməkdaşlıq ediləcək.
Qurumun Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər, Təşkilat Komitəsinin sədr müavini Yaşar Cəfərli, Təşkilat Komitəsinin katibi Anar Əhmədov, Təşkilat Komitəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Cəsur Məmmədov olacaq.
Müzakirələrdən sonra Təşkilat Komitəsinə 3 ay müddət verilib ki, təsis konfransının keçirilməsi üçün işləri həyata keçirsin.