Qobustanda "Vətəni tanı" kampaniyası olub

img

11-07-2011 [11:48]


Azərbaycanın ərazi bütövlüyü məsələsini əsas məqsədlərindən biri olan ?Vətəni tanı? Ümumrespublika Kampaniyası öz seçim turlarını davam etdirir. Kampaniyanı həyata keçirən ARGTMŞ-ın işçi qrupu Qobustan rayonunda olub. Qobustan şəhər 1 saylı orta məktəbdə baş tutan rayon turunu Milli Şuranın üzvləri Bəxtiyar Rəhimov və Vüsal Kazımov həyata keçirib. Kampaniyanın məqsədi barədə gənclərə məlumat verilib. Daha sonra həm keçməcəli xəritə üzərində, həm də www.miras.az saytına daxil olmaqla Azərbaycanın xəritəsini yığıblar. Bu seçim turunda da iki gənc respublika turuna vəsiqə qazanıb. Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA