Bu gün I qrup abituriyentləri imtahan verib

img

10-07-2011 [11:35]


Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib. TQDK-dan verilən məlumata görə, imtahan respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7 binada təşkil edilib. Abituriyentlərə imtahan binalarının yerini müəyyən etməkdə kömək məqsədilə Komissiyanın internet saytı xüsusi xəritə-göstəricilərlə təchiz olunub, binaların ünvanlarının əks olunduğu proqram yerləşdirilib. Orta ümumtəhsil müəssisələrindən 2515 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 248 imtahan rəhbəri cəlb olunacaq. 2011-ci ildə I qrup üzrə 33587 abituriyent ərizə təqdim edib. Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında yaradılmış Sənəd Qəbulu Komissiyalarında (SQK) ərizəsini təsdiq etdirmiş abituriyentlər imtahan verib Gəncədə Naftalan və Gəncə şəhərlərində, Gədəbəy, Qazax, Şəmkir, Ağstafa, Tovuz, Goranboy, Daşkəsən, Göygöl və Samux rayonlarında yaşayan və orada yaradılmış SQK-larda sənəd vemiş abituriyentlər imtahan verəcəklər. Sumqayıtda həmin şəhərdə, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında yaradılmış SQK-larda sənəd vemiş abituriyentlər imtahan verib. I ixtisas qrupu üzrə sənəd verənlərin 30965 nəfəri Azərbaycan bölməsinin, 2622 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19825 nəfərini oğlan, 13762 nəfərini isə qızlar təşkil edir. 18257 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13974 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 128 abituriyent xarici ölkələrin vətəndaşıdır. 127 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1229 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənc isə 1996-cı ildəndir. Bakı şəhərində 24152 abituriyent, Naxçıvanda 1327 abituriyent, Gəncədə 3891, Sumqayıtda isə 4217 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda ? saat 11:00-da başlanıb və 14:00-da bitib. I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 14-dən 20-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra iyulun 24-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA