DAK-ın nümayəndəliyi açıldı

img

09-07-2011 [01:23]


Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycan nümayəndəliyini yaradıb. DAK-ın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, qurumun həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın sərəncamı ilə Azərbaycanda mühacirətdə yaşayan güneyli soydaşımız Babək Muğanlı nümayəndəliyin rəhbəri təyin edilib. Şahdust Hacı oğlu Mirzayi (Babək Muğanlı) 1965-ci ildə Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Muğan (Parsabad) şəhərində anadan olub. 1988-ci il Cənubi Azərbaycanda Qarabağa Dəstək Komitəsi yaranan vaxt onun fəal üzvlərindən biri olub. 1995-ci ildə Cənubi Azərbaycana geri qayıdıb. İranda dəfələrlə həbsdə yatan Babək Muğanlı 1996-cı ildə yenidən Azərbaycana qayıtmaq məcburiyyətində qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA