ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanı tərk edir

img

09-07-2011 [12:42]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankoreli ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı səfir Ə.Cankorel Azərbaycanda ATƏT-in Bakı ofisinin rəhbəri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə təmsil etdiyi təşkilat ilə Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib. Öz növbəsində nazir E.Məmmədyarov səfir Ə.Cənkorelə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA