Zakir Qaralov 4 rayona prokuror təyin etdi

img

08-07-2011 [06:00]


Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru Kamran Əhmədov, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük prokuroru Ariz Əliyev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Azər Osmanov və Şəmkir rayon prokurorunun müavini Şıxəli Alməmmədov tutduqları vəzifələrdən azad edilməklə uyğun olaraq Ağdam, Kəlbəcər, Zəngilan və Xocalı rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA