Səbail rayon rəhbərliyinin sakinlərlə növbəti görüzü keçirilib

img

08-07-2011 [05:28]


Vətəndaşların müraciətlərinə operativ şəkildə baxılması, vaxtaşırı olaraq onlarla görüş keçirilib rayonda görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilməsi, bu görüşlər zamanı sakinlərin istək, arzu və təkliflərinin dinlənilməsi, təkliflərin həyata keçirildiyindən sonra vətəndaşlara hesabat verilməsi Səbail rayonunda ənənə şəklini almışdır. Təsdiq olunmuş qrafik üzrə rayonun qəsəbələrində, yaşayış sahələrində, həmçinin ayrı-ayrı məhəllərədə RİH Başçısının rayonun hüquq-mühafizə orqanları, təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə açıq qəbulları keçirilir. Görüşlərdən sonra vətəndaşların sualları, təklifləri dinlənilir, qaldırılan məsələlərlə bağlı izahatlar ya icra üçün tapşırıqlar verilir, müvafiq qərarlar qəbul edilir. Səbail rayon İcra Hakimiyyəti Başçısının növbəti açıq qəbulu Mətbuat prospeti 2 ünvanda 4 ədəd çoxmərtəbəli binanın əhatə etdiyi həyətdəki yenicə tikilmiş xeyir-şər yerində keçirilmişdir. Əsas etibarı ilə Elmlər Akademiyasının Coğrafiya və Botanika institutlarının elmi işçiləri, ziyalılar, hərbçilər, elm xadimləri və s. yaşadıqları həyətdə bir neçə ay əvvəl RİH Başçısının görüşü keçirilmiş, bu görüşdə sakinlərin təklif və arzuları dinlənilmişdir. Həmin görüşdən keçən müddət ərzində sakinlərin müraciəti nəzərə alınaraq RİH tərəfindən həyətin təmiri ilə bağlı müvafiq işlər görülmüş, burada tikintisi yarımçıq qalmış xeyir-şər yeri tam başa çatdırılmış, bura lazım olan bütün inventarla təmin olunaraq sakinlərin istifadəysinə verilmişdir. Xeyir-şər yerində əsas zaldan əlavə mətbəx və sanitariya qovşağı tikilmiş, tikili və ətrafı rənglənmiş, bura tamet və metlağ döşənmişdir. Həyətin mərkəzində uşaq və böyüklərin idmanla məşğul olması üçün mini-stadion təmir olunmuş, kiçik yaşlı uşaqlar üçün əyləncə qurğuları, yeni skamyalar, zibil qutuları qoyulmuş, metal çəpərlər quraşdırılmışdır. Burada işıqlandırma məsələləri də həll olunmuşdur. Görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov son müddət ərzində Səbail rayonunda həyata keçirilən abadlıq quruculuq işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təkcə son 1 ərzində təkcə Badamdar qəsəbəsində ?Abad həyət? layihəsi əsasında 9 həyət əsaslı təmir olunub, 2 istirahət bağı, 2 istirahət güşəsi yaradılıb, Xeyir-şər yeri tikilib, Mədəniyyət evi, 236 saylı orta məktəb, uşaq bağçası əsaslı təmir olunub, Xanlar 2 yüvanda yeni park salınıb. Sakinlərin elektrik enercisi ilə təminatının yaxşılaşdırılması üçün yeni ?Badamdar? yarımstansiyası istifadəyə verilib, 2 ədəd su anbarı tikilib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin aprelin 20-də Badamdar qəsəbəsinə gəlişindən sonra qəsəbədə 880 şagirc yerlik 1 yeni orta məktəb, 120 nəfərlik uşaq bağçası və yeni xəstəxana tikintisi ilə bağlı sərəncamı verilmiş, hazırda layihələndirmə və hazırlıq işləri aparılır. Əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görülür. Görüşdə Səbail rayonunda həyata keçərilən ?Abad həyət? layihəsinin davam etdiriləcəyi, sakinlərin sosial problemlərinin həlli istiqamətində əlavə tədbirlərin nəzərdə tutulduğu barədə məlumat verilmiş, həyətdəki xeyir-şər yerinə RİH tərəfindən 2 ədəd kondisioner hədiyyə olunmuşdur. Sakinlər müxətəlif məsələlərlə bağlı suallar verimiş, akademiklər Bəkir Nəbiyev və Maqsud Əliyev, professor Müseyib Müseyibov, elmlər namizədi Habil Haqverdiyev və başqaları sakinlər adından həyətdə yaradılan şərait, rayonda aparılan işlərlə bağlı ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Qəbulda sakinlərin həyətin arxa hissəsində yeni söhbətgah qurulmasına dair müraciəti ilə bağlı RİH Başçısı tərəfindən yerindəcə tapşırıqlar verilmiş və artıq burada yeni söhbətgah tikintisinə və həmin ərazinin abadlaşdırılmasına başlanmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA