Sabah dəhzətli isti olacaq; 42 dərəcə

img

08-07-2011 [12:31]


Bakıda və Abşeron yarımadasında iyulun 9-da hava yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 21-26, gündüz 35-38, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq. İyulun 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 29-34 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 9-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə isti olacaq. İyulun 10-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Gecə 21-26, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 8-də Abşeron yarımadasında zəif gilavar küləyi, bəzi saatlarda havada durğunluq, oksigen sıxlığının azalması ilə müşayiət olunan xəzriqabağı şərait zamanı günorta saatlarında qızmar isti temperatur diskomfortu meteohəssas, xüsusilə ürək-damar və tənəffüs orqanı xəstəlikləri olan meteohəssas insanlar üçün əlverişsizdir. Sonrakı iki gün ərzində arabir güclənən xəzri küləyinin müdaxiləsi ilə meteohəssas insanlar üçün yaranmış gərgin vəziyyət aradan qalxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA