?VƏTƏNi TANI? ümumrespublika Kampaniyası Ağsuda

img

08-07-2011 [11:09]


?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası Ağsu rayonunda olub. Ağsu şəhəri 1 saylı orta məktəbdə baş tutan yarışma gənclərin marağına səbəb olub. Ağsuda səfərdə olan Milli Şuranın mətbuat katibi, işçi qrupunun rəhbəri Orxan Əli gəncləri kampaniyanın məqsədi barədə Ağsu gənclərini məlumatlandırıb. Rayon məktəblərindən olan 150 gənc ?Vətəni tanı? kampaniyasının iştirakçısı olub. Gənclər arasında kiçik sorğu keçirən işçi qrupunun üzvləri öyrəniblər ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu genişmiqyaslı kampaniya gənclər tərəfindən dəstəklənir. Ağsu rayonunda da 2 gənc Respublika turuna vəsiqə qazanıb. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA