Əli Əhmədov məktəb iztirakçıları ilə görüzdü

img

07-07-2011 [01:38]


Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Yay məktəbi" layihəsini davam etdirir. İyulun 6 ? da Oğuzda yerləşən ?Afra? oteldə YAP Sədrinin müavini ? İcra katibi, Əli Əhmədov gənclərlə görüşüb. Tədbirdə həmçinin YAP icra katibinin müavini Mübariz Qurbanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev də iştirak ediblər. Görüş zamanı ?Gənclik və müasirlik? mövzusunda diskussiya olub. Diskusiyada çıxış edən Əli Əhmədov hazırda Azərbaycan gəncliyi ilə bağlı danışıb: ?Bəzən gənclər arasında az sayda müxtəlif təxribatlara uyanlar olurlar. Onların kimlərinsə məqsədlərinə xidmət etmələrini, aldadılmalarını istəmirik. Bu, cəmiyyətimiz üçün itkidir.? Partiyanın digər nümayəndlərinin çıxışından sonra isə ?Yay məktəbi?ndə gənclərin fəaliyyəti ilə bağlı fotoslayd şəklində məlumat verilib və tədbir diskussiyalar şəklində davam etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA