Hərbi hissələrində xüsusi rejim elan olundu

img

07-07-2011 [01:34]


Azərbaycanda havaların isti keçməsi ilə əlaqədar hərbi hissələrdə xüsusi rejim elan edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sabiroğlu bildirib ki, bununla bağlı müdafiə naziri Səfər Əbiyev müvafiq əmr imzalayıb. Sabiroğlu bildirib ki, əmrə görə, hərbi hissələrdə əsgərlər isti hava şəraiti ilə əlaqədar saat 11:00-dan 17:00-dək kazarma şəraitində saxlanılır. Nazirlik rəsmisinin sözlərinə görə, məqsəd əsgər və zabitləri istidən və onun doğurduğu fəsadlardan, ilk növbədə, günvurmadan qorumaqdır. Son həftə ərzində Azərbaycan ərazisində havanın hərarəti yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə qalxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA