Havanın temperaturu 42 dərəcəyə çatacaq

img

06-07-2011 [12:30]


Bakıda və Abşeron yarımadasında həftənin ikinci yarısında isti hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 7-də az buludlu, yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26? isti, gündüz 32-37?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24? isti olacaq. İyulun 8-də də az buludlu, yağmursuz hava proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26? isti, gündüz 34-39? isti olacaq. Azərbaycanın rayonlarında sabah şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25? isti, gündüz 35-39?, bəzi yerlərdə 41? isti, dağlarda gecə 12-17? isti, gündüz 26-31? isti təşkil edəcək. İyulun 8-də qərb küləyi əsəcək və yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu gecə 21-26? isti, gündüz 35-40?, bəzi yerlərdə 42? isti, dağlarda gecə 14-19? isti, gündüz 28-33? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA