?VƏTƏNi TANI?ümumrespublika Kampaniyası Yevlaxa çatdı

img

05-07-2011 [06:41]


?VƏTƏNİ TANI? Ümumrespublika Kampaniyası bu dəfə Yevlax gəncləri arasında keçirilib. Yevlax şəhər 7 saylı məktəbdə baş tutan kampaniyanın açılış mərasimində Yevlax rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil, Gənclər və İdman idarələrinin əməkdaşları iştirak ediblər. Milli Şuranın mətbuat katibi Orxan Əli və təşkilatın üzvləri kampaniyanı həyata keçiriblər. 150 məktəblinin iştirakı ilə keçirilən Kampaniyada iki istiqamət üzrə Azərbaycanın inzibati ərazi vahidləri tanındı. Həm www.miras.az saytında həm də əvvəlcədən hazırlanmış puzzle formasında Azərbaycan xəritəsi gənclər tərəfindən toplanılıb. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA