Prezident Leyla Əliyevaya medal təqdim etdi

img

05-07-2011 [05:23]


Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə təltif olunmuş bir qrup ictimai xadimə bu gün Heydər Əliyev Sarayında, Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı ?Dostluq? ordenini və ?Tərəqqi? medalını təqdim edib. Əvvəlcə İlham Əliyevin təltif barədə 2011-ci il 4 iyul tarixli Sərəncamı oxunub. Dövlət başçısı Başar Kömürə, Ertan Demirtaşa, İosif Şaqala, Mehmet Akkan Suverə, Suat Günselə, Vladimir Kolesnikova ?Dostluq? ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya isə ?Tərəqqi? medalını təqdim edib. Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olan Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb. Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA