?iqlim dəyizikliyi və Geniz Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri? adlı dəyirmi masa keçirələcək

img

05-07-2011 [11:49]


8 iyul 2011-ci il tarixində saat 09.45-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi(SAM) və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin(Yunanıstan) birgə təşkilatçılığı ilə ?Yunanıstan-Azərbaycan Yaşıl Enerji Oxu? Forumu çərçivəsində ?İqlim dəyişikliyi və Geniş Qara Dəniz regionunda bərpa olunan enerji mənbələri? adlı dəyirmi masa keçirələcək. Tədbirdə iqlim dəyişikliyi, bərpa olunan enerji mənbələrin üzrə çağırışlar və iqlim dəyişikliyinə adaptasiya olunmaq üçün maliyyə resurslarının mobilizasiya imkanları müzakirə olunacaq. Dəyirmi masada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət agentliyin direktor müavini Cəmil Məlikov, Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzinin baş direktoru Zefi Dimadama, Azərbaycanda BMT İnkişaf Proqramının direktor müavini Nato Alhazişvili və digər yerli və xarici ekspertlər məruzələrlə çıxış edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA