Zəlimxan Məmmədli QMi-nin sədri Allahzükür Pazazadə ilə görüzüb

img

04-07-2011 [05:05]


Bu gün ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli QMİ-nin sədri Allahşükür Paşazadə ilə görüşüb. Görüşdə regionda və Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Borçalıda islam dinin vəziyyəti, problemləri, həmçinin Azərbaycan yaşayan gürcülərin dini etiqad məsələləri də geniş müzakirə olunub. Bundan başqa son zamanlar Gürcüstanda yaradılmış Gürcüstan müsəlmanları idarəsinin yaranmasından sonrakı durum, Borçalıda dini kadrların catışmazlağı və s. haqda fikir mübadiləsi aparılıb. Zəlimxan Məmmədli ?Borçalı? Cəmiyyətinin fikirlərini, Azərbaycanda və Gürcüstanda mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini A. Paşazadəyə çatdırıb. Görüş faydalı fikir mübadiləsi, qarşılıqlı inam vəetimad əsasında aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA