?VƏTƏNi TANI?ümumrespublika Kampaniyası Göyçaya çatdı

img

04-07-2011 [01:37]


ARGTMŞ-ın layihəsi olan ?Vətəni tanı? öz seçim turlarını davam etdirir. Azərbaycanı diyar-diyar gəzən işçi qrupunun bu dəfəki ünvanı narın məskəni hesab edilən Göyçayda olub. 150-dək göyçaylı gənc şəhər 1 saylı məktəbə toplaşıb. Kampaniyanın seçim turuna start verilməzdən əvvəl açılış mərasimi keçirilib. Rayon icra hakimiyyəti, təhsil şöbəsi, gənclər və idman idarələrinin əməkdaşlarının və Milli Şuranın üzvlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, gənclərimizin inkişafı üçün bu kampaniya çox önəmlidir. Milli Şuranın mətbuat katibi Orxan Əli bildirib ki, təşkilat mütəmadi olaraq bu cür layihələr həyata keçirir. Göyçaylı gənclər arasında keçirilən yarışmanın sonunda iki qalib müəyyənləşib. Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin ?AVA? Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA