Temperatur 42 dərəcəyə çatacaq

img

04-07-2011 [12:21]


Bakı və Abşeron yarımadasında iyulun 5-də hava dəyişkən buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində əsən mülayim şimal-qərb küləyi gündüz güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 30-34, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə təşkil edəcək. İyulun 6-da isə hava az buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 31-35 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyulun 5-də hava əsasən yağmursuz keçəcək. Lakin iyulun 4-dən 5-nə keçən gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti gözlənilir. İyulun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-40 dərəcə isti olacaq. Bəzi yerlərdə 42 dərəcəyədək isti, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən xəzri küləyi meteohəssas insanlar üçün əlverişli olsa da, iyulun 5-də günün ikinci yarısından 6-sı gündüzədək atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi və küləyin daha da güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA