çağırız Komissiyasının tərkibi təsdiqləndi

img

01-07-2011 [06:03]


Nazirlər Kabineti 2011-ci il iyulun 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib. Baş nazir Artur Rasizadənin imzaladığı qərarda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Muxtar Respublikanın Çağırış Komissiyasının tərkibini təsdiq etmək tapşırılıb. Qərara əsasən, Respublika Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası vətəndaşların Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrə həqiqi hərbi xidmətə çağırışının ?Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında? Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etməlidir. Bununla əlaqədar olaraq, Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirliklərinə və yerli icra hakimiyyəti orqanlarına vətəndaşların 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin etmək üçün aidiyyəti tədbirləri həyata keçirmək tapşırılıb. Respublika Çağırış Komissiyasının sədri vəzifəsinə respublika hərbi komissarının müavini polkovnik Ramiz Məmmədov, müavini vəzifəsinə isə Dövlət Sərhəd Xidməti rəisinin müavini Məhəmməd Abbasquliyev təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA